"Qarabağ"a görə 5 manat ver!

22 May 2023 00:50 Qarabağ 472
"Qarabağ"a görə 5 manat ver!

Azərbaycan Premyer Liqasının 35-ci turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, iletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah @iticket.az-da onlayn, həmçinin “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Digər Xəbərlər
Xəbər Lenti