"Qarabağ" avrokuboklar üçün hərəkətə keçdi - İlk addım bu olacaq

21 May 2023 20:20 Qarabağ 6 981
"Qarabağ" avrokuboklar üçün hərəkətə keçdi - İlk addım bu olacaq

"Qarabağ" bu mövsüm avrokuboklarda çıxışına fərqli məkanda start verəcək.

Belə ki, Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü dəyişdirilir.

Bu səbəbdən Ağdam təmsilçisi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ev matçını "Azərsun Arena"da oynamalı olacaq.

Artıq rəhbərlik stadionla bağlı bəzi işlər görməyə başlayıb.

Xüsusi ilə tribunalarla bağlı. Media sektorla üzbəüz olan boş məkana hazır kanstruksiyalardan yığılma tribunalar qurlaşdırılacaq.

Belədə arenaya daha çox tərəfdarın gəlməsi mümkün olacaq.

Bunda əsas məqsəd isə oyunu yayımlayan kanalın çəkilişi üzbəüz tribunadan həyata keçirməsinə şərait yaratmaqdır.

Belədə ekrandan oyunu izləyənlər boş məkan yox, azarkeşlərin cəm olduğu əsas tribunalardakı gözəl mənzərəni görmüş olacaqlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu