“Neftçi” “Olimpiakos”a təzyiq edə bilirdi, bəxtləri gətirmədi“

21 May 2023 18:10 Qarabağ 766
“Neftçi” “Olimpiakos”a təzyiq edə bilirdi, bəxtləri gətirmədi“

OFİ-nin baş məşqçisi Valdas Dambrauskas 2021/2022 mövsümündə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” və “Olimpiakos” (0:1, 0:1) arasında keçirilmiş matçlardan danışıb.

Sportinfo.az xəbər verir ki, Yunanıstan mətbuatına açıqlama verən 46 yaşlı mütəxəssis "ağ-qaralar"la görüşdə Pirey təmsilçisinin bəxtinin gətirdiyini iddia edib:

"Olimpiakos” ötən yay “Neftçi”ni Çempionlar Liqasından kənarlaşdırmışdı. Oyunlara baxdım və deyə bilərəm ki, “Olimpiakos”un “Neftçi” ilə matçlarda bəxti gətirmişdi.

Doğrudur, hər iki görüşdə qalib gəlmişdilər. Lakin Yunanıstanda Azərbaycan klubunun 5-6 yaxşı qol şansı olmuşdu, amma bunu qola çevirə bilməmişdilər. Nəticədə uduzdular.

Cavab görüşündə “Olimpiakos” erkən qol vurmuşdu. Belədə, onlar üçün daha asan olmuşdu, çünki yalnız hesabı saxlamaq lazım idi.

Amma hesaba rəğmən “Neftçi” “Olimpiakos”a təzyiq edə bilirdi. Bəlkə də, növbəti oyunda hər şey tamam fərqli alına bilərdi.

Əslində, “Neftçi” kimi komandalar “Olimpiakos”la oynayanda öz rənglərini, gerblərini görür, hədsiz hörmət nümayiş etdirirlər. Oyunçuların adi oyunlarda olduğu kimi, belə oyunlar üçün də düşüncə tərzi olması lazımdır.

Belə komandaları çox qiymətləndirməmək, rəqibin tanrı olduğunu düşünməmək üçün adi yanaşmaq lazımdır. Qırmızı və ağ rənglərə məhəl qoymayaraq, əvəzində şərti boz rəngi görəndə birdən hər şey dəyişir".

Digər Xəbərlər
Xəbər Lenti