Kadi bunu da dedi: "Belə bir insanla heç vaxt yol getmərəm"

7 Fevral 2023 12:40 Qarabağ 1 432
Kadi bunu da dedi: "Belə bir insanla heç vaxt yol getmərəm"

"Düşünürəm ki, mən çox şən, həyatdan zövq alan və xoşbəxt oğlanam.

Müsbət enerjimi yaxın insanlara ötürməyə, çox zarafat etməyə, hər kəsə çoxlu sevinc bəxş etməyə çalışıram.

Yalnız oyun zamanı ciddi oluram və meydanda əlimdən gələni edirəm".

Sportinfo.az xəbər verir ki, bunu qış fasiləsində "Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi Borges Rusiya klubunun rəsmi yutub kanalına özü barədə danışarkən deyib.

27 yaşlı икфяшдшнфдж yarımmüdafiəçi bildirib ki, həmişə gülərüz, şən insanlarla yaxınlıq edir:

"Yanımda olanların hamısının belə olmasını istəyirəm. Şənlik, təbəssüm və sevinc mənim üçün əsas keyfiyyətdir.

Kiminsə öz pulunu insanların qabağına qoymasını xoşlamıram. Belə bir insanla heç vaxt yol getmərəm".

Digər Xəbərlər
Xəbər Lenti