Şeydayev “Qarabağ”da bundan artıq nə gözləyirdi?

6 Fevral 2023 19:20 Qarabağ 1 680
Şeydayev “Qarabağ”da bundan artıq nə gözləyirdi?

Azərbaycan millisinin forvardı Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb.

Şeydayev 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.

Onun “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də Premyer Liqada keçirilən ev görüşü (2:0) onun Ağdam klubunda ilk matçı olub.

Qeyd edək ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda