“Bordo”da oynamış sloveniyalı “Qarabağ”ın formasını geyinəcəkmi?

3 Fevral 2023 17:00 Qarabağ 2 541
“Bordo”da oynamış sloveniyalı “Qarabağ”ın formasını geyinəcəkmi?

"Qarabağ"ın "Maribor"a çıxış edən qapıçı Ajbe Yuqla maraqlanması iddia olunur.

Bu haqda Sloveniyanın "Nogomania" nəşri məlumat yayıb.

Yerli həmkərlarımızın yazdığına görə, "köhlən atlar"la yanaşı, ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı kiperi heyətinə qatmaq istəyir.

Amma keçidin bu qış “transfer pəncərəsi”, yoxsa yayda baş tutacağı barədə məlumat verilməyib. "Maribor" hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

Ajbe Yuq 2020-ci ildən "Maribor"un formasını geyinir. 30 yaşlı sloveniyalı daha əvvəl Fransada “Bordo”, Portuqaliyada “Sportinq” və Niderlandda “Fortuna”nın (Sittar) qapısını qoruyub.

Ağdam klubundan redaksimiza daxil olan məlumata görə, Yuqun xidməti onlara təklif edilməyib.

Bildirilib ki, balkanlı qolkiperın adı transfer siyahsında yer almayıb və yayda da bura gəlişi nəzərdə tutulmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti