"Qarabağ"da 300 fuitbolçu

3 Fevral 2023 00:50 Qarabağ 436
"Qarabağ"da 300 fuitbolçu

Premyer Liqanın XX turunda iki futbolçu “Qarabağ”da debüt edib.

Sportinfo.az xəbər verir ki, bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı “300”ü keçib.

“Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu “Qarabağ”ın heyətində meydana çıxmışdı.

“Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub.

“Qarabağ” ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Bunadək yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.

Digər Xəbərlər
Xəbər Lenti