"Qarabağ"ın bir gözü 1,5 milyonluq legionerdə - VİDEO

31 Yanvar 2023 02:40 Qarabağ 1 791
"Qarabağ"ın bir gözü 1,5 milyonluq legionerdə - VİDEO

Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçı axtarışına çıxan "Qarabağ" "Bayer"ə məxsus olan Andrey Lunyovu heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, hələ tərəflər arasında danışıqlar gedir.

Ağdam təmsilçisi 2023-cü il iyunun 30-na qədər "Bayer"ə məxsus olan rusiyalını icarəyə götürmək niyyətindədir.

Rusiya millisinin də şərəfini qorumuş 31 yaşlı qapıçının transfer dəyəri 1,5 milyon avrodur. O, karyerası ərzində "Torpedo"(Moskva), "İstra", "Kaluqa", "Saturn", "Ufa", "Zenit"in qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"