“Ondan “Qarabağ”da çox şey gözləməyin və tələb etməyin, yoxsa sıxılacaq”

30 Yanvar 2023 21:20 Qarabağ 4 711
“Ondan “Qarabağ”da çox şey gözləməyin və tələb etməyin, yoxsa sıxılacaq”

“O, “Fənərbağça”ya Damian Komollinin qazandırdığı isimdir.

Klubun idman direktoru şəxsən bu transferi gerçəkləşdirmişdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Tivibuspor”un şərhçisi Volkan Demir deyib.

Türkiyənin tanınmış “Fənərbağça”lı jurnalisti İstanbul klubunun sabiq yarımmüdafiəçisi, bugünlərdə “Qarabağ”la 3 illik müqavilə imzalayan Yassın Benzia haqda fikirlərini söyləyib.

O, əlcəzairli legionerin qeyri-sabit oynamasına diqqət çəkib:

“Həmin dönəmdə “Fənər”in maliyyə durumu pis idi. Aşağı məbləğ ödəyərək Yassini icarəyə götürməkləri yadımdır.

Yeni president Ali Koç olandan sonar Jozef de Souza ilə Culianonu ərəb klublarına 10 milyon avrodan yüksək qiymətə satmışdılar.

“Fənərbağça”nın hücumun arxasına təcili bir transfer etməsi gərəkirdi. Benzia məhz onların əvəzinə transfer olunmuşdu.

Filip Koku baş məşqçi postunda idi artıq. Amma heyət yetərsiz və digər iddialılardan zəif idi.

İslam Slimani kimi önəmli isimlər var idi komandada, amma nəticə qazanmağa çətinlik çəkirdilər. Müdafiə xəttindəki problemlər üzündən Super Liqada ağır günlər keçirdilər.

Yəqin xatırlayarsız, Koku ilk dövrəni tamamlamadan görəvdən alındı, köməkçisi Erkin Kuman onun yerinə keçdi, ardınca da Ersun Yanal gətirildi.

Benzia “Fənər”də ən yaxşı performansını yanalın dönəmində sərgilədi. Koku Benzianı “10 nömrə” kimi oynadırdısa, Yanal ondan bir qədər arxada, “8 nömrə” olaraq istifadə etdi.

Yeni baş məşqçi orta sahədə iki nəfərə üstünlük verirdi və Benzia onlardan biri idi. Bu, Yassının yüksəlişə keçməsinə səbəb olmuşdu.

Fəqət, az sonra “Fənərbağça” legioner limitinə görə əcnəbilərdən birinin adını iştirak ərizəsindən çıxarmaq məcburiyyətində qaldı və həmin futbolçu Benzia oldu.

Niyə məhz o? Çünki seçim edilərkən, onun son 2 matç xaric sezonun əvvəlini pis keçirməsi əsas götürüldü.

“Lill”dən birillik icarəyə götürülmüşdü, amma yarım sezon qala bildi. “Olimpiakos” və “Dijon”da yaxşı təsir bağışlmasını deyə bilmərəm.

Ötən sezonun ikinci yarısında “Hatayspor”a icarəyə verildi, gözəl matçları oldu. Qol vurmaqda problem yaşasa da, ümumən “Hatayspor”un oyununu yaxşılaşdırdığını söyləməliyəm.

Mən onu ilk dəfə 5 il öncə izləmişəm. Aradan xeyli müddət keçib və düşünürəm ki, təcrübəsi də artıb. “Qarabağ”a səviyyə qatacağını fikirləşirəm.

Bununla belə, davamiyyət sarıdan sıxıntılı bir futbolçu olmasını qeye etməliyəm. Bu problem aradan qaldıra bilsə, istənilən komandanı irəliyə aparar.

İstiqrarsızlığına son verməsə, “Qarabağ”a böyük xəyal qırıqlığı yaradacaq. Mən onun karyerasını bir cümlə ilə xarakterizə etsəm, böyük gözləntilərin olduğunu, amma bugünədək ümidləri doğrultmadığını söyləyərdim.

Yenə də “Qarabağ”a xeyirli olsun! “Qarabağ” Azərbaycanın ən gözəl komandasıdır.

Bəribaşdan Benziadan çox şey gözləməyin və tələb etməyin. Yoxsa təzyiq altında qalacaq və sıxılacaq”.

Digər Xəbərlər
Xəbər Lenti