"Qarabağ”ın legionerləri arasında 20 manatlıq söhbət - FOTO

30 Yanvar 2023 20:40 Qarabağ 1 514
"Qarabağ”ın legionerləri arasında 20 manatlıq söhbət - FOTO

“Qarabağ”ın uğurları sıralamasında başlıca səbəblərdən biri komandada sağlam ab-havanın olmasıdır.

Yəni futbolçular bir-birinə dəstəyi təkcə yaşıl meydanlarda vermir.

Onlar meydandan kənarda dostluq edir, səmimi münasibət qurur və zaman-zaman bir-biri ilə zarafat edirlər. Komandanın yumor hissi yüksək olan futbolçusu isə Kevin Medinadır.

Kolumbiyalı müdafiəçi indiyə qədər müxtəlif futbolçularla zarafatlar edib. Və ən maraqlısı, bunu hər kəsin görəcəyi şəkildə sosial şəbəkələr üzərindən etməsidir.

Medina bu dəfə Leandro Andradeyə “ilişib”. Kevin komanda yoldaşının saç kəsimindən sonrakı fotosunu paylaşaraq şəklə “20 manat” adı qoyub və gülüş emojisi atıb.

O, bununla Leandronun saçlarının kəsilməsinə görə bərbərə 20 manat ödədiyinə işarə vurub.

Maraq üçün bildirək ki, heç də bütün futbolçular saç kəsiminə 20 manat ödəmir. Aralarında 50, hətta 100 manatından keçənlər də var. Məbləğ, bərbərin sifarişlə bazaya və ya mənzilə gəlməsinə görə dəyişir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti