Bu adlara baxın, “Qarabağ” onları istəyir... VİDEOLAR

30 Yanvar 2023 19:20 Qarabağ 3 061
Bu adlara baxın, “Qarabağ” onları istəyir... VİDEOLAR

Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra “Qarabağ” qapıçı problemi ilə üzləşib.

Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq ağdamlıların çərçivə qoruyucusuna ehtiyacı var.

Elə “Turan Tovuz”la oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov da bu mövqeyə oyunçu axtardıqlarını gizlətmədi.

Bəllidir ki, təcrübəli çalışdırıcı gürcü Luka Quqeşaşvili və Amin Ramazanovla çox irəli getməyəcəyini anlayır.

Bəs, ağdamlıların transfer siyahısında hansı qapıçılar yer alır?

Əsas hədəf “Bayer”də çıxış edən Andrey Lunyovdur. Bundestim klubunun əsas heyətinə düşə bilməyən rusiyalı qapıçının “Qarabağ” kimi avrokuboklarda çıxış edən komandada oynamaq istəyəcəyi real görünür.

Qurban Qurbanov da bu qolkiperin icarəyə götürülməsini istəyib. Düzdür, Lunyovun meneceri təklifdən imtina etdiklərini deyib. Amma “Qarabağ” hələ də bu keçiddə israrlıdır.

“Qarabağ”ın hədəfindəki digər qapıçı braziliyalı Vana Alvesdir. Kiprin “Aris” klubunda çıxış edən qolkiper üçün ağdamlılar təklif göndərib.

Düzdür, Limassol şəhərinin təmsilçisi bu təklifi qəbul etməyib. Alves bundan öncə “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi məşhur klublarda çıxış edib.

Amma hələ də “Qarabağ” üçün onun keçidi məsələsi qapadılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti