"Qarabağ"da böyük pullar qazanacağı iddia olunurdu, bu rəqəmİ TƏƏCCÜBLƏ QARŞILAYACAQSIZ!

30 Yanvar 2023 19:00 Qarabağ 1 842
"Qarabağ"da böyük pullar qazanacağı iddia olunurdu, bu rəqəmİ TƏƏCCÜBLƏ QARŞILAYACAQSIZ!

"Qarabağ"la 3,5 illik müqavilə imzalayan Redon Cicanın Azərbaycanda qazanacağı pulun məbləği müəyyənləşib.

Albaniya yığmasının vingeri Ağdam klubunda keçirəcəyi ilk mövsümdə 160 min avro civarında vəsait əldə edəcək.

Növbəti sezonlarda isə əməkhaqqısı 10-15 faiz miqdarında artırılacaq.

Halbuki sosial şəbəkələrdə başqa rəqəmlərdən danışılırdı. İddia olunurdu ki, Cica burada qaz vurub, qazan dolduracaq, illik 700-800 min avroya sahiblənəcək.

Son olaraq ölkəsində "Tirana"nın formasını geyinmiş 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2026-cı il iyunun 30-dəkdir. O, yeni klubunda 99 nömrəli forma ilə çıxış edəcək.

Cica karyerası ərzində yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub. "Qarabağ" bu keçid üçün paytaxt təmsilçisinə 450 min avro civarında təzminat ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!