“Qarabağ”ın cəlbedici təklifi bu klubu razı salmadı, satmadılar

30 Yanvar 2023 12:40 Qarabağ 1 823
“Qarabağ”ın cəlbedici təklifi bu klubu razı salmadı, satmadılar

“Qarabağ”ın braziliyalı qapıçı Vana Alves üçün təklifi rədd edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “themasports.tothemaonline.com” saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu “Aris”in qolkiperinin transferi üçün qarşı tərəfə cəlbedici təklif göndərib.

Lakin Limassol təmsilçisi bunu qəbul etməyib. 32 yaşlı kiper “Qarabağ” da daxil olmaqla, bir neçə klubun maraq dairəsindədir.

2021-ci ildən “Aris”in formasını geyinən Vana Alves karyerası ərzində “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti