Yeni transfer "Qarabağ"ı əvvəlki klubu ilə MÜQAYİSƏ ETDİ

30 Yanvar 2023 09:20 Qarabağ 2 142
Yeni transfer "Qarabağ"ı əvvəlki klubu ilə MÜQAYİSƏ ETDİ

"Əslində oyun üslubunda o qədər də fərq yoxdur".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın yeni transferi Redon Cicaya məxsusdur.

Ağdam klubu son olaraq ölkəsində "Tirana"nın formasını geyinmiş 25 yaşlı vingerlə 3,5 illik müqavilə imzalayıb.

Konkret desək, hücumameyilli yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2026-cı il iyunun 30-dəkdir. O, yeni klubunda 99 nömrəli forma ilə çıxış edəcək.

Cica karyerası ərzində yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub. Redon Azərbaycan çempionununu

"Tirana" ilə müqayisəsini də aparıb: "Eyni tərzdə çıxış edirlər. İnanıram ki, bu amil komandaya tez uyğunlaşmağıma şərait yaradacaq".

Digər Xəbərlər
Xəbər Lenti