“Qarabağ”la Belçikaya getmək istəyənlər nə qədər pulundan keçməlidir?

28 Yanvar 2023 20:40 Qarabağ 1 305
“Qarabağ”la Belçikaya getmək istəyənlər nə qədər pulundan keçməlidir?

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikadan “Gent” ilə qarşılaşacaq.

İlk oyun fevralın 16-da Bakıda, cavab matçı isə bir həftə sonra – fevralın 23-də Belçikada keçiriləcək.

“Köhlən atlar”ın “Gent”lə oyunlarına maraq çox böyükdür. Yerli azarkeşlər Bakıdakı görüşlə yanaşı, səfərdəki qarşılaşmanı da izləmək istəyirlər ki, bu da anlaşılandır.

Sportinfo.az xəbər verir ki, “Cansports Travel&Consulting” Belçikaya səfər etmək istəyən azarkeşlərə maraqlı təklif edir.

Belə ki, “Qarabağ”ın mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimovun sahib olduğu şirkət bununla bağlı kampaniya elan edib:

Azərbaycanın ilk milli idman turizm şirkəti “Cansports Travel&Consulting” tarixi oyunu stadionda canlı izləmək istəyənlər üçün əla imkan yaradıb.

Belə ki, Belçikada, “Gent”lə oyunda Azərbaycan komandasına dəstək olmaq üçün əla kampaniya elan edilib .

Şirkətin oyun üçün otel + təyyarə bileti + nəqliyyat+ viza dəstəkli xidmətindən yararlanan istənilən şəxsə matç bileti “Cansport” tərəfindən hədiyyə olunur.

Şirkət səfərlə bağlı ümumi məlumatı diqqətə çatdırsa da, əsas məsələ - qiymət haqqında bilgi verilməyib. Təbii ki, indiki məqamda sual doğuran əsas məsələ də budur.

Nurlan bəylə söhbətdə həm qiymət məsələsinə aydınlıq gətirdik, həm marağın hansı səviyyədə olduğunu soruşduq, həm də kiçik detallara vardıq:

“Elanı iki gün öncə yerləşdirməyimizə baxmayaraq, maraq həddən artıq böyükdür. İndiyə qədər sosial şəbəkə hesablarımıza gələn mesajların, eləcə də telefon zənglərinin sayı 500 civarındadır. İnsanlar yazır, zəng edir, maraqlanır. Yekunda neçə nəfərin gedəcəyini indidən deyə bilmərəm.

O ki qaldı qiymət məsələsinə, tur paketi 1700 manatdan başlayır. Bu məbləğə nə daxildir? Reys Bakı-İstanbul-Brügge tranzit xətti ilə həyata keçiriləcək və hər bir şəxsin 20 kq-lıq baqaj haqqı var.

Oteldə 2 gecə qalmaq, səhər yeməyi, səyahət sloğrtası, viza dəstəyi, fan sektora bilet öncədən qeyd etdiyimiz kimi qiymətə daxildir.

Viza rüsumunu isə hər bir şəxs özü ödəyəcək. Biz yalnız viza üçün müraciətin olunması prosesinə köməklik göstəririk. Qiymət otel seçiminə görə dəyişir.

2 nəfər getmək istəyirsə və 1 otaqda məskunlaşacaqlarsa, belədə qiymət hərəyə 1500 manat olmaqla ümumi 3 min manat edir”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”