Qarabağ”ın yeni transferi sol əlini niyə gizlədir? – DƏHŞƏTLİ HADİSƏNİN detalları

27 Yanvar 2023 21:00 Qarabağ 2 165
Qarabağ”ın yeni transferi sol əlini niyə gizlədir? – DƏHŞƏTLİ HADİSƏNİN detalları

“Qarabağ”ın “Dijon”dan heyətinə cəlb etdiyi Yassin Benzia ilə bağlı maraqlı fakt var.

Karyerası ərzində “Lion”, “Lill”, “Fənərbağça”, “Olimpiakos” kimi komandaların şərəfini qorumuş yarımmüdafiəçi sol əlini gizlədir.

“Qarabağ”la müqavilə bağladığı gün klub əməkdaşının çəkdiyi fotolarda Benzia sol əlinin kameraların yaddaşına köçməsinə imkan verməyib.

Ya əlini cibinə qoyub, ya da şəkil üçün elə poz seçib ki, sol əli görünməsin.

Futbolçunun “instagram” səhifəsinə göz gəzdirəndə son 2 ildə eyni addımı atdığını görmək mümkündür. Şəkil çəkilən zaman ya əli sarğıda olur, ya əlcək taxır, ya da kameranın obyektivinə düşməsini hansısa yolla əngəlləyir.

SəbəbYassinin sol əlinin baş barmağının olmamasıdır. Və o, bunu heç cür qəbul edə bilmir, ona görə də fotolarda görünməsini istəmir.

Benzia 2020-ci ilin mayın 28-də ağır avtomobil qəzası keçirib və 10 ay futboldan uzaq düşüb. Əlindən ağır zədə alıb və ardıcıl əməliyyatlardan sonra baş barmağı kəsilib.

“Qarabağ”ın yeni transferi 2021-ci ilin martında ünlü “Ekip” nəşrinə verdiyi açıqlamada bu haqda danışıb:

“Həyatımda heç vaxt belə ağrılar keçirməmişdim. Bu, izah olunması mümkünsüz ağrıdır.

Avtoqəzadan sonra sanki əlim atəşin içində yanırdı, ya da bağlı qapının arasında qalmışdı. Qışqırırdım, ağlayırdım və Tanrıya yalvarırdım: “xahiş edirəm, bu ağrını məndən götür”.

Qəzadan sonra əlimdə deşik yaranmışdı. Barmağım sallanırdı, vətərdən asılı vəziyyətdə qalmışdı.

Özümə gəlməyim üçün 11 dəfə əməliyyat olundum. Sonuncu əməliyyatdan ayılanda baxdım ki, baş barmağım yoxdur, kəsiblər”.

Yassin bədbəxt hadisədən sonra “Dijon”da və “Hatayspor”da çıxış edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti