Danimarka klubunun legioneri "Qarabağ"ın təklifindən niyə imtina etdi?

27 Yanvar 2023 20:20 Qarabağ 1 833
Danimarka klubunun legioneri "Qarabağ"ın təklifindən niyə imtina etdi?

Danimarkada "Hobro"nun formasını geyinən Lusius Don Didsonun "Qarabağ"a keçidi baş tutmayıb.

Sportinfo.az "Bold.dk" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı vinger karyerasını Skandinaviyada davam etdirmək istədiyi üçün "köhlən atlar"a "yox" deyib.

Haitili Ağdam təmsilçisinin yaxşı maliyyə və uzunmüddətli müqavilə təklifini geri çevirib.

"Qarabağ"la yanaşı, ABŞ-ın MLS klubularının da Didsonla maraqlandığı iddia olunur.

Lusius Don Didson 2019-cu ildən "Hobro"da çıxış edir. Onun sözləşməsi yayda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"