“Qarabağ”: Kadi getdi, Bəhlul var - FOTOREPORTAJ

27 Yanvar 2023 02:20 Qarabağ 1 159
“Qarabağ”: Kadi getdi, Bəhlul var - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 3:2.

Hesabı 10-cu dəqiqədə Ağdam klubundan Musa Qurbanlı açıb. 23-cü dəqiqədə meydan sahiblərindən Runi Eva tarazlığı bərpa edib.

4 dəqiqə sonra Ramil Şeydayev qonaqları yenidən önə keçirib. 85-ci dəqiqə hesab növbəti dəfə bərabərləşib.

Ehtiram Şahverdiyev fərqlənib. Ağdamlıların qələbə qolunu isə 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 17 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!