"Qarabağ" İstanbulun məşhur klubuna JEST ETDİ - VİDEOLAR

10 Dekabr 2022 13:00 Qarabağ 2 473
"Qarabağ" İstanbulun məşhur klubuna JEST ETDİ - VİDEOLAR

«Qarabağ» «Beşiktaş»a xüsusi jest edib.

Ağdam klubu yetirməsi Furqan Musayevin İstanbul təmsilçisinə keçidi üçün qoyduğu şərti geri götürüb.

Bu haqda Sportinfo.az-a 12 yaşlı hücumçunun atası Araz Musayev bildirib.

Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti, doqquzqat dünya, üçqat Avropa çempionu olan A.Musayev qeyd edib ki, oğlunun «qara qartallar»la 7 illik müqavilə bağlaması artıq an məsələsidir:

«Qarabağ» Furqanın pul ödənilmədən, azad agent statusu ilə «Beşiktaş»a keçməsinə icazə vermişdi. Lakin sənəddə şərt var idi ki, əgər o, bir neçə ildən sonra «Qarabağ»a qayıdarsa, təzminat istənilməyəcək.

Bu öhdəlik «Beşiktaş»ı bir qədər narahat eləyirdi. Ona görə də «Qarabağ»dan xahiş elədik ki, həmin şərti müqavilədən götürək.

Klub rəhbərliyi sağolsun, sözümüzü yerə salmadı. Onlar Furqanın gələcəyini və «Beşiktaş»da oynamaq istəyini nəzərə aldılar».

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”