“Qarabağ” 3 seçim etdi, biri “Poqon“dur

9 Dekabr 2022 11:00 Qarabağ 988
“Qarabağ” 3 seçim etdi, biri “Poqon“dur

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Qarabağ”ın yoxlama oyunlarının tarixləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq.

“Köhlən atlar” yanvarın 13-də Polşadan “Poqon” ilə qarşılaşacaq. Komanda 5 gün sonra isə Serbiya “Çukariçki”si və Polşanın digər təmsilçisi “Rakuv”la üz-üzə gələcək.

“Qarabağ” yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular