Qurban Qurbanov anons etdi: "Bu, böyük uğursuzluğa səbəb ola bilər"

9 Dekabr 2022 09:20 Qarabağ 555
Qurban Qurbanov anons etdi: "Bu, böyük uğursuzluğa səbəb ola bilər"

"Deyiblər ki, komanda bu futboldan əl çəkməlidir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib.

Onun sözlərinə görə, futbolun dili ötürmədir:

"Son oyunlarımıza baxsaz, görərsiz ki, az ötürmə və sürətli həmlələrlə qollar vurmuşuq.. Sadəcə, elə oyunçuların olmalıdır ki, istədiyini həyata keçirə biləsən.

İspaniya oyununu sırf ötürmə üzərində qurmayıb. Klubların oyun üslubları bir-birindən fərqlidir.

Amma bir uğursuzluğa görə bütün sistemi dəyişmək böyük uğursuzluğa səbəb ola bilər ".

Digər Xəbərlər
Xəbər Lenti