"QARABAĞ": Dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

7 Dekabr 2022 13:20 Qarabağ 1 172
"QARABAĞ": Dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın legioneri Kevin Medinanın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil.

30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti