Derbi öncəsi "Qarabağ"dan SON DƏQİQƏ XƏBƏRİ

2 Dekabr 2022 10:40 Qarabağ 2 362
Derbi öncəsi "Qarabağ"dan SON DƏQİQƏ XƏBƏRİ

Bu gün Azərbaycan Premyer Liqasında tarixi derbi var.

Bütün ölkə çempionatlarının iştirakçısı olmuş iki komanda - "Neftçi" və "Qarabağ" üz-üzə gələcək.

Premyer Liqanın 16-cı turu çərçivəsində keçirləcək matça qonaqlar ciddi itkilərlə çıxacaq.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın son durumu ilə bağlı danışarkən "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib:

"Neftçi" ilə oyuna komandamız ciddi itkilərlə çıxacaq. Marko Veşoviç, Filip Ozobiç və Abbas Hüseynovun axşamkı oyunu buraxacaqları dəqiqdir.

Marko Yankoviç və Bədavi Hüsyenovun oynayıb-oynamayacağı isə yalnız oyuna bir neçə saat qalmış dəqiqələşəcək. Bəli, itkilərimiz var, amma ümumi planda komanda oyuna hazırdı".

"Baksel Arena"da baş tutacaq "Neftçi" - "Qarabağ" qarşılaşması bu gün, saat 21:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti