"Qarabağ"ın legionerləri vaxtından əvvəl getdi... QIŞ YUXUSUNA

29 Noyabr 2022 14:40 Qarabağ 4 452
"Qarabağ"ın legionerləri vaxtından əvvəl getdi... QIŞ YUXUSUNA

«Qarabağ»da yeni ilə erkən hazırlıq başlayıb.

Hələ noyabrın ikinci yarısından. Avropa Liqası ilə qrup mərhələsində vidalaşmanın yaratdığı psixoloji yorğunluq komandanın fikrini dağıdıb.

Düşüncə olaraq istirahətə çıxacaqları günün ipini çəkirlər. Böyük səbirsizliklə.

«Qarabağ» Bakıda «Frayburq»la 1:1-dən sonra çıxdığı Premyer Liqa oyunlarının heç birində öz baxımlı futbolunu sərgiləməyib.

«Turan Tovuz» və «Kəpəz»i təcrübənin hesabına üstələyiblər. «Sabah»a bu keçməyib, mövsümün ilk xal itkisinə uğradılar. «Zirə» ilə qarşılaşmada da o cür təsir bağışladılar - əzgin və ruhsuz.

Doğrudan da, avrokuboklarda can qoyandan, amma əvəzini nəticələrdə o səviyyədə tapmayandan sonra Premyer Liqaya köklənmək müşkül məsələdir.

Məşqçilər nə qədər çalşsa, söhbət aparsa belə, futbolçuları motivasiya eləmək zor işdir. Ən çox da legionerləri.

Zubir, Kadi, Ovusunun istəyi komandanın hərəkət sürətini artırmırsa, deməli, sən həmişəki «Qarabağ»ı izləmək şansından məhrumsan.

Qurban Qurbanov əcnəbi icraçılarının halından xəbərdardır. Odur ki, dünən «Zirə» önünə əsasən yerlilərdən ibarət heyət buraxdı.

Onlarda ki…

«Qarabağ»da futbolçu sayı çoxdur, sadəcə, bərabərsəviyyəli iki heyəti yoxdur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti