Şahruddin yenə kobud səhvi ilə gündəm oldu - VİDEO

29 Noyabr 2022 14:20 Qarabağ 1 403
Şahruddin yenə kobud səhvi ilə gündəm oldu - VİDEO

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə oyunda etdiyi səhvlə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, çərçivə qoruyucusu ötən gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə” ilə matçın 50-ci dəqiqəsində səhvə yol verib.

Topu komanda yoldaşına ötürməyə çalışan Ş.Məhəmmədəliyev bunu bacarmayıb.

Nəticədə “Qarabağ”ın qapısında təhlükə yaranıb. “Zirə”nin yarımmüdafiəçisi Rəhim Sadıxov isə fürsətdən yararlana bilməyib.

Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la matçda da analoji səhvə yol vermişdi və həmin epizod rəqibin qolu ilə nəticələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı