UEFA yenə ayrı-seçkilik etdi,“Qarabağ”la oyuna görə fransızlara güzəştə getdi

29 Noyabr 2022 12:40 Qarabağ 365
UEFA yenə ayrı-seçkilik etdi,“Qarabağ”la oyuna görə fransızlara güzəştə getdi

UEFA-nın Apelyasiya Komitəsi Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Nant” - “Qarabağ” oyununda azarkeşlərin davranışına görə cəzalandırılan Fransa klubunun şikayətini qismən təmin edib.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu “Nant”a tətbiq olunan “Luara” tribunasının bağlanması qərarını ləğv edib.

Azarkeşlərin Azərbaycan çempionu ilə görüşdə petardalardan istifadəsinə görə İntizam Komitəsi tərəfindən verilən qərar qüvvədən düşüb.

Ancaq “Nant” buna görə, 50 min avro cərimə ödəməli olacaq. Bu isə o deməkdir ki, Avropa Liqasının pley-off mərhələsində “Yuventus”la fevralın 23-də keçiriləcək ev matçı dolu tribunalar önündə keçirilə bilər.

Fransadakı oyun “Nant”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar qrup ikincisi kimi pley-offa yüksəlibsə, “Qarabağ” mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”