“Qarabağ”ın sevilən legionerini millidə oynatmaq üçün FİFA-dan icazə istənildi

27 Noyabr 2022 13:00 Qarabağ 5 133
“Qarabağ”ın sevilən legionerini millidə oynatmaq üçün FİFA-dan icazə istənildi

“Qarabağ”ın legioneri Kadi Borges Polşa millisindən dəvət alması haqda saytımızın yaydığı xəbərə münasibət bildirib.

Polyak kökənli braziliyalı vinger İTV-də yayımlanan “Bol futbol” verilişində bu məlumatı təsdiqləyib.

Kadi Polşa millisində oynamaq istədiyini bildirib:

“Polşa Futbol Federasiyası ilə bu haqda söhbətimiz olub. Bundan başqa nəsə deyə bilmərəm. Çünki hələ deyiləcək nəsə yoxdur. Olsa, deyərdim”.

Redaksiyamıza daxil olan məlumata görə, Polşa Futbol Federasiyası Kadiylə bağlı artıq FİFA-ya sənəd və sorğu göndərib.

Burada onun milli mənsubiyyəti ilə əlaqəli faktlar göstərilib və Polşa yığmasında oynamasına icazə verilməsi istənilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"