"Qarabağ"ın hücumçusu birinci pillədə - UEFA siyahını açıqladı

23 Noyabr 2022 13:20 Qarabağ 1 089
"Qarabağ"ın hücumçusu birinci pillədə - UEFA siyahını açıqladı

Avropa Liqasının qrup mərhələsində qapı çərçivəsinə ən çox zərbə endirən futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu siyahıya "Qarabağ"ın futbolçusu Ovusu Kvabena başçılıq edib.

14 zərbəsi "çərçivə"yə düşən qanalı bu göstəricidə Markus Reşford ("Mançester Yunayted"), Rikardu Orta, Vitinya (hər ikisi "Braqa") və Anastasios Bakasetası ("Trabzonspor") qabaqlayıb. Adları çəkilən oyunçular qapıya 9 dəfə düşüblər.

UEFA açıqladı:

Ovusu Kvabena bu zərbələrdən 3-ü qola çevirə bilib.

Avroliqanın qrup mərhələsini 3-cü tamamlayan "Qarabağ" Konfrans Liqasının pley-offunda Belçikanın "Gent" komandası ilə qarşılaşacaq. Bu rəqiblə matçlar gələn ilin 16 və 23 fevral tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti