"İndiki "Qarabağ" istənilən rəqibə qalib gələ bilər"

5 Oktyabr 2022 19:40 Qarabağ 1 025
"İndiki "Qarabağ" istənilən rəqibə qalib gələ bilər"

"Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsində üçüncü tur çərçivəsində "Olimpiakos"un qonağı olacaq.

Komandanın sabiq futbolçusu Arif Daşdəmirov Sportinfo.az-a açıqlamasında yunanlarla vacib oyun barədə danışıb:

"Qarabağ" oyunların indi də izləyirəm. Futbolçular uzun illərdi bir yerdə çıxış edir.

Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Hamımız bilirik ki, bu komanda istənilən rəqibə qalib gələ bilər.

Mənim proqnozum odur ki, "Qarabağ" qalib gələcək. Hesabın da 2:1 olacağını ehtimal edirəm. Çalışacam ki, bu matçı da canlı izləyim".

Uzun illər ölkəmizdə müxtəlif klubların və Azərbaycan millisinin şərəfin qorumuş cinah müdafiəçisi təmsilçimizin qrupdan çıxmaq şanslarını da yüksək dəyərləndirib:

"Açığı, çox çətin qrupdur. Hər bir komanda qrupdan çıxa bilər.

Amma arxada qalan iki tura əsasən deyə bilərəm ki, növbəti mərhələyə mənim,fikrimcə, "Frayburq" və "Qarabağ" keçəcək".

Digər Xəbərlər
Xəbər Lenti