“Qarabağ” - Derbilərin tək ağası - FOTOREPORTAJ

4 Oktyabr 2022 02:00 Qarabağ 480
“Qarabağ” - Derbilərin tək ağası - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında VIII turunda"Qarabağ" "Neftçi"ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb.

56-cı dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Abdullah Zubir qonaqları növbəti dəfə mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kvabena Ovusu üçüncü qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qarabağ" vahid lider olub. "Neftçi" 18 xalla ikinci sırada qərarlaşıb. Son ölkə çempionu rəqibindən bir oyun az keçirib.

Digər Xəbərlər
Xəbər Lenti