“Real” bunu bacarmadı, “Qarabağ” öhdəsindən gəldi

3 Oktyabr 2022 20:20 Qarabağ 2 045
“Real” bunu bacarmadı, “Qarabağ” öhdəsindən gəldi

Cari mövsüm bu günə qədər Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, 9 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 7 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.

Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" (7), Yunanıstanda "Panatinaikos" (6), Maltada "Birkirkara" və "Hamrun" (hər ikisi 5), Ukraynada "Dnepr-1" (4), San Marinoda "Pennarossa" (3), "Tre Penne" və "Fiorita" (hər ikisi 4) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Sonuncu turda İspaniyada "Real Madrid", Portuqaliyada "Benfika", Belçikada "Antverpen", Macarıstanda "Ferentsvaroş" kimi komandalar xal itirərək siyadan kənarda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"