UEFA-dan azərbaycanlı futbolçu bağlı paylaşım və təbrik - FOTO

30 Sentyabr 2022 09:20 Qarabağ 490
UEFA-dan azərbaycanlı futbolçu bağlı paylaşım və təbrik - FOTO

UEFA Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi tviter səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Postda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi vurğulanıb:

““One-klub man” (bütün peşəkar karyerasını yalnız bir klubda keçirmiş futbolçu-red). Kapitan. Lider. Doğum günün mübarək, Maksim Medvedev”

Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti