“Qarabağ”dan təklif gələndə çox düşünmədim və qəbul etdim"

29 Sentyabr 19:20 Qarabağ 3 774
“Qarabağ”dan təklif gələndə çox düşünmədim və qəbul etdim"

"Əvvəlcə çempionatda "Neftçi" ilə, daha sonra Avropa Liqasının qrup mərhələsində Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcəyik.

Bu matçlarda yaxşı formada olmaq üçün çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın fransalı legioneri Abdullah Zubir "CBC Sport"a açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşdıqlarını və çoxlu məşq etdiklərini bildirib.

Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur qarşılaşmasında fərqlənən təcrübəli oyunçu Fransa təmsilçisinə qol vurmağın xüsusi önəm kəsb etdiyini söyləyib:

"Mən fransalıyam və karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir. Bu, möhtəşəm hissdir".

2018-ci ildən Ağdam təmsilçisində çıxış edən yarımmüdafiəçi "Qarabağ"a keçidini də xatırlayıb:

"Əvvəl Azərbaycan futbolu haqqında məlumatım yox idi. Burada çıxış edən bir tanışım mənə gəlməyimi tövsiyə etdi.

Ölkənizin və şəhərin möhtəşəm olduğunu söylədi. Mən də çox düşünmədim və təklifi qəbul etdim".

"Qarabağ" oktyabrın 1-də Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi"ni qəbul edəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 17:20 Fransanı durdurun...
5 Dekabr 03:00 "Qarabağ"da sorğu-sual