Qara Qarayev: "Qqarşılarında baş əyirik" - FOTO

21 Sentyabr 2022 03:30 Qarabağ 1 483
Qara Qarayev: "Qqarşılarında baş əyirik" - FOTO

"Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinin “Nant”la görüşünə kapitan sarğısı ilə çıxaran Qara Qarayev matçdan sonra feysbuk səhifəsində paylaşım edib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi 3:0 hesablı qələbəni bu cür şərh edib:

"Neçə gündür yaşadığımız ağır və çətin günlərdə bu qələbə ilə xalqımıza az da olsa, sevinc bəxş edə bildiyimizə ümid edirik.

Qələbəmizi qəhrəman şəhidlərimizə və Vətənimizin keşiyində duran cəsur əsgərlərimizə həsr edirik, qarşılarında baş əyirik.

Bizə verdiyiniz dəstəyə görə, bizi bu gün stadionda tək qoymadığınıza görə azarkeşlərimizə də dərin təşəkkürlərimizi bildiririk".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!