"Qarabağ"ın iki legioneri bir milliyə dəvət edildi

21 Sentyabr 2022 02:20 Qarabağ 591
"Qarabağ"ın iki legioneri bir milliyə dəvət edildi

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət edilib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun aparıcı oyunçuları Marko Yankoviçlə Marko Veşoviç millinin sentyabr ayındakı görüşləri üçün milliyə cəlb edilib.

Monteneqro millisi Millətlər Liqasında Bosniya və Herseqovina (23 sentyabr) və Finlandiyaya (26 sentyabr) qarşı oynayacaq.

B Liqasının 3-cü qrupunda yer alan Monteneqro 4 oyundan sonra 7 xalla ikinci pillədədi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu