“Qarabağ”da “qanqster” söhbəti - FOTO

20 Sentyabr 2022 21:20 Qarabağ 937
“Qarabağ”da “qanqster” söhbəti - FOTO

“Qarabağ”ın uğur qazanmasının əsas səbəblərindən biri komandada sağlam mühitin, ailə ab-havasının olmasıdır.

Komanda uğursuzluğa düçar olanda belə, futbolçular zarafatından qalmır, üzlər gülür.

Düzdür, bu dəfəki xoş mənzərə məğlubiyyətdən sonra yox, parlaq qələbədən sonra yaşanıb. “Qarabağ”ın “Zirə”ni böyük hesabla udmansından sonra.

Oyunun əsas qəhrəmanlarından olan iki futbolçu – Musa Qurbanlı ilə Ramil Şeydayev “instagram”dakı sözlərlə diqqət çəkib.

Xərçəng xəstəsi olan futbolçu 34 yaşında öldü - FOTO

Ramil Musanın fotosunu paylaşaraq Abdullah Zubiri işarələyib və ona sual verib:

“Qardaş, bu oğlan qanqster olmaq istəyir?”

Abdullah suala reaksiya verməsə də, Qurbanlı özünü çatdırıb. Qurban Qurbanovun oğlu Şeydayevin atmacasına bu cür cavab verib:

“Qardaş, biz hamımız birlikdə qanqsterlərik”.

"Qanqster" termini əsasən ABŞ-da cinayətkar təşkilatların üzvlərinə münasibətdə istifadə olunur.

HƏBİB / SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti