AFFA "Qarabağ"ın ən bahalı legionerini milliləşdirmək istəyir?

20 Sentyabr 2022 16:00 Qarabağ 3 676
AFFA "Qarabağ"ın ən bahalı legionerini milliləşdirmək istəyir?

«AFFA-nın onu milliləşdirmək istəməsi ilə bağlı bizdə heç bir məlumat yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

2018-ci ildən ölkəmizdə çıxış edən fransalı legionerin tezliklə Azərbaycan yığmasına cəlb olunacağı ilə bağlı son günlər sosial şəbəkələrdə yayılmış xəbərlərə münasibət bildirən funksioner bildirib:

«AFFA-dan kluba məktub gəlməyib. Zubirin milliləşdirilməsini müzakirəyə çıxarmalarından xəbərsizik.

Bir əcnəbi futbolçunun vətəndaşlıq alması, ölkənin yığma komandasına dəvət alması üçün minimum 5 il vaxt keçməlidir.

Adını çəkdiyimiz yarımmüdafiəçidə isə bu müddət hələ tamam olmayıb. Zubirin 5 ili gələn ilin yanvarında tamam olacaq.

Ondan əvvəl nəsə etmək mümkün deyil. Müddət tamam olandan sonra hansı qərarını veriləcəyini biz deyə bilmərik».

Azərbaycan çempionu ən yüksəködənişli legioneri olan Mərakeş kökənli vingeri 2018-ci ilin yanvarında Fransadan – «Lans»dan transfer edib.

AFFA-nın «Qarabağ»ın 2 legionerini – braziliyalı Riçard Almeyda ilə xorvatiyalı Filipp Ozobiçi də daha əvvəl milliləşdirməsini xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”