“Sumqayıt”da debüt etdi, 100-ü “Qarabağ”da “yudu”

20 Sentyabr 2022 00:50 Qarabağ 423
“Sumqayıt”da debüt etdi, 100-ü “Qarabağ”da “yudu”

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın 7-ci turuna təsadüf edib.

O, “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. Bəhlul 100 qarşılaşmada 4 qol vurub.

Müdafiəçi 4 klubun heyətində forma geyinib.

2016/17 mövsümündə “Sumqayıt”da debüt edən Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.

“Zirə” - “Qarabağ” matçında Ağdam təmsilçisi 7:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti