"Nant"ın futbolçusu "Qarabağ"ı yada saldı, dedi ki…

19 Sentyabr 2022 13:40 Qarabağ 1 159
"Nant"ın futbolçusu "Qarabağ"ı yada saldı, dedi ki…

"Vacib xal qazandıq. "Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq".

bunu "Nant"ın futbolçusu Andrey Cirotto "Lans"la qolsuz heç-heçə etdikləri Fransa Liqa 1-in VIII tur oyunundan sonra deyib.

30 yaşlı yarımmüdafiəçi qol şanslarından istifadə edə bilmədiklərini söyləyib:

"Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir".

"Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti