Bu dəfə millidə ona yer tapılacaq? – CAVAB VERDİ

18 Sentyabr 2022 19:40 Qarabağ 839
Bu dəfə millidə ona yer tapılacaq? – CAVAB VERDİ

“Millinin toplanışında olub-olmayacağımı deyə bilmərəm.

Mən “Qəbələ”də üzərimə düşəni etməyə çalışıram, qərarı baş məşqçi verir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin qarşıdakı oyunları ilə bağlı danışan Səlahət Ağayev deyib.

Əvvəlki illərdə yığmaya hansı qapıçıların dəvət alacağı öncədən məlum olurdu. Komanda sayının az olması, üstəgəl, bəzi komandalarda “çərçivə”ni əcnəbilərin qoruması diqqətlərin konkret 2-3 nəfərin üzərinə yönəlməsi ilə nəticələnirdi.

İndiki durum fərqlidir. Bu gün yığmaya namizəd göstərilən qolkiperlərin sayı kifayət qədərdir: Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Mehdi Cənnətov, Səlahət Ağayev, Aqil Məmmədov və s. Mütləq ki, bu adlardan ikisi kənarda qalacaq.

Səlahət məlum vəziyyətdən xəbərdar olduğunu, bu halın Azərbaycan futboluna fayda verəcəyini bildirib:

“Veriləcək qərara hörmətlə yanaşmaq borcumdur. Dəvət edər, can-başla əlimdən gələni edərəm, etməz, gələcəyə baxarıq.

Bu gün çempionatda sevindirici hallardan biri yerli qapıçıların daha çox şans qazanmasıdır. Demək olar bütün komandaların qapısını azərbaycanlı qapıçılar qoruyur.

Bu hal millinin məşqçiləri üçün də olduqca yaxşıdır. Kamran Ağayevin seçim imkanı genişdir. Namizədlər arasında götür-qoy etdikdən sonra seçim edəcəklər”.

Azərbaycan seçməsi Millət Liqası çərçivəsində növbəti oyunlarını bu ay keçirəcək. Sentyabrın 22-də Trnavada Slovakiyanın qonağı olacaq milli, 3 gün sonra “Dalğa Arena”da Qazaxıstanla qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı