"Qurban Qurbanova və kollektivinə gördükləri işlərə görə onlara afərin düşür"

18 Sentyabr 2022 03:40 Qarabağ 1 312
"Qurban Qurbanova və kollektivinə gördükləri işlərə görə onlara afərin düşür"

Qarabağ"ın "Nant"a qarşı oyununu izlədim. Əla oyun nümayiş edirərək, əla da qələbə qazandı.

Həqiqətən də Azərbaycan klubunun Liqa 1 təmsilçisi önündə bu cür oyun göstərərək, 3:0 qalib gəlməsi super göstəricidi".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Deni Qaysumov deyib.

Azərbaycan millisinin veteran futbolçu, "Terek"in (indiki "Axmat") sabiq kapitanı Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" haqda danışıb.

Qaysumov AL-in ikinci turunda "Nant"ı 3:0 hesabı ilə məğlub edən təmsilçimiz haqda bunları deyib:

"Qarabağ" Çempionlar Liqası səviyyəsindəki klublarla başabaş futbol oynayır. Çünki avrokubok təcrübəsi var.

Ona görə də onlardan uğurlu nəticələr gözləmək mümkündü. Qrupdakıların hamısı eyni gücdədir.

"Qarabağ"ın qrupdan çıxacağına inanıram. Qurban Qurbanova və kollektivinə uğurlar arzulamaq istəyirəm.

Gördükləri işlərinə görə onlara afərin düşür. İnaniram ki, mübarizəni sona qədər davam etdirərək istədiklərini əldə edəcəklər".

1995-1998-ci ildə Azərbaycan millisində çıxış 54 yaşlı mütəxəssis ÇSKA(Moskva), “Atırau”, “Dubay”, “Terek”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!