"Bu cür hadisələr bizə çox pis təsir edir"

18 Sentyabr 2022 03:20 Qarabağ 1 005
"Bu cür hadisələr bizə çox pis təsir edir"

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin "Nant"la oyun haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qolkiper Fransa klubu ilə görüşdəki qələbəni şərh edib:

"Qələbə qazanmaq hər zaman xoşdu. Xüsusilə də bu cür görüşlərdə. Amma şəhidlərimiz var, qələbəyə tam sevinə bilmirik.

Ona görə oyuna hazırlaşmaq da çətin idi. Bu cür hadisələr bizə çox pis təsir edir.

Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Oyuna hazırlaşmaq psixoloji cəhətdən çətin oldu".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!