Çexiya mediası “Qarabağ”ı incələdi, “o, möcüzə etdi” yazdı

18 Avqust 2022 16:00 Qarabağ 3 079
Çexiya mediası “Qarabağ”ı incələdi, “o, möcüzə etdi” yazdı

Çexiyanın "Sport.cz" saytı "Viktoriya"nın Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdiyi ilk oyun haqda yazıb.

Sportinfo.az xəbər verir ki, yazıda “Viktoriya"nın futbolçularının Ağdam təmsilçisi ilə səfərdə qolsuz heç-heçə etdikləri matçda səliqəli oyun nümayiş etdiriblər:

"Bir çox azarkeşə elə gələr ki, "Viktoriya"nın qrup mərhələsinə, bəlkə də yarım milyard çex kronu qazanmağın yolu evdəki cavab oyunundan keçir.

Əlavə etmək lazımdır ki, Bakıdakı nəticə perspektivli olsa da, buna indidən sevinmək lazım deyil. Çünki “Qarabağ” "Viktoriya"nın Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşdığı ən güclü rəqibdir.

Moldova “Şerif”inin də hücumda yaxşı təsir bağışlayan fərdi oyunçuları vardı. Amma onlarla “Qarabağ” arasında böyük fərq var.

Azərbaycan çempionu yığcam, taktiki cəhətdən qabaqcıl və eyni zamanda təcrübəlidir. On beşinci mövsümdür “Qarabağ”a təcrübəli məşqçi Qurban Qurbanov əmin əllərlə rəhbərlik edir.

Fərdi keyfiyyətləri ilə seçilən oyunçular komanda oyununa sadiqdirlər. Bu, "Şerif"də belə deyildi.

Baş məşqçi Mixal Bilek və köməkçiləri yeni taktiki plana keçdilər. Komanda ardıcıl aktiv müdafiə ilə “Qarabağ”ın hücum gücünü zərərsizləşdirə bildi.

Mərkəz müdafiəçisi Vatslav Jemelkanın müdafiənin sol cinahında yer alması da işə yaradı. Buna baxmayaraq, “Qarabağ” kimi keyfiyyətli rəqib yenə də qol imkanları yaradırdı.

Lakin fasilədən sonra onların ideyaları tükəndi, “Viktoriya” məharətlə müdafiəyə qapandı. Təbii ki, qapıda Jindriç Stanekin möcüzəvi köməyi olmadan bu nəticə olmazdı.

O, yenidən fantastik idi. Bakıdakı nəticə "Viktoriya"da yüksək qiymətləndirilib. Eyni zamanda, onlar yolun yalnız yarısını qət etdilərini qəbul edirlər.

"Viktoriya" bilir ki, “Qarabağ” da Çempionlar Liqasında uğur qazanmaq istəyir. Bundan əvvəl 3-cü turda Azərbaycan çempionu evdə heç-heçə (1:1) əldə etdikdən sonra səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlmişdi və bu, Pilzen klubuna xəbərdarlıq olmalıdır.

Ona görə də həddindən artıq optimizm üçün heç bir səbəb yoxdur. "Dusan Arena"da keçiriləcək cavab oyunu Tofiq Bəhramov adına stadionda keçiriləcək ilk matçdan daha çətin olacaq".

“Viktoriya” - “Qarabağ” görüşü avqustun 23-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"