"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim, "Qarabağ" haqda o qədər məlumatım yoxdur"

14 Avqust 2022 22:40 Qarabağ 1 182
"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim, "Qarabağ" haqda o qədər məlumatım yoxdur"

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilek açıqlama verib.

O, "Qarabağ" haqda məlumatının olmadığını deyib:

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim. "Qarabağ" haqda o qədər də məlumatım yoxdur. Macarıstanda əla nəticə qazandılar.

Bu, "Qarabağ"ın yüksək keyfiyyətindən xəbər verir. Bizin asan heç nə gözləmir. Yəqin ki, Bakıda hava çox isti olacaq.

Böyük bir uğur əldə etmək üçün iki oyunumuz qalıb. Bunun üçün mübarizə apracağıq. Məqsədimiz qrup mərhələsinə düşməkdir".

"Qarabağ" "Viktoriya" ilə ilk oyunu avqustun 17-si Bakıda keçirəcək. Komandalar arasında cavab matçı isə 23 avqust tarixində Çexiyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!