Bir vaxtlar bu addımı ancaq "Qarabağ" atardı, amma indi...

14 Avqust 2022 20:40 Qarabağ 1 953
Bir vaxtlar bu addımı ancaq "Qarabağ" atardı, amma indi...

“Qarabağ” illər əvvəl avrokubok oyunlarına görə tez-tez daxili yarışlardakı matçlarını təxirə salmaqla yadda qalardı.

Bu, təbii ki, rəqiblərə qarşı daha yaxşı hazırlaşmaq üçün zaman qazanmasından irəli gəlirdi.

Amma son illər görürük ki, Qurban Qurbanov bu metodu yaxın buraxmaq istəmir.

Məsələn, bu il təmsilçimizin Premyer Liqanın birinci turunun “Səbail”lə baş tutan matçını təxirə salacağı gözlənilirdi.

Ki, 6-sı paytaxt klubu ilə matç vardısa, 3-ü və 9-u “Ferentsvaroş”la Çemepionlar Liqasında daha ağır mücadilə “köhlən atlar”I gözləyirdi. Amma təcrübəli mütəxəssis təxirə salmaya getməyəcəklərini açıqladı. Hər üç oyun təqvim üzrə meydana çıxan komanda sonda hədəfinə çatdı.

İndi isə qarşıda “Viktoriya” ilə taleyüklü qarşılaşma var. Qalib tərəf Çempionlar Liqası kimi turnirin qrupuna vəsiqə qazanacaq. Matçlar 17-23 avqust tarixlərində keçiriləcək.

Dünən Qurbanovun yetirmələri Sumqayıt səfərinə yollandı. Və yenə göründüyü kimi təxirəsalmaya gedilmədi.

Cavab matçından 4 gün əvvəl isə ağır Tovuz səfəri var. Uzaq yol yorğunluğunu nəzərə alan təcrübəli mütəxəssis yalnız Qərb bölgəsinə səfər etməyi məqsədə uyğun saymadı. Bu da dəyişən münasibətə kölgə sala bilməz.

Göründüyü kimi, Qurbanov komandasını yüksəltdiyi yeni mərhələdə hətta ağır qrafikə belə hazırlayıb.

Amma bu gün görürük ki, rəqiblərimiz bizə qarşı bu metoddan ilk fürsətdəcə istifadə edir. Halbuki əvvəllər belə deyildi. Ötən mərhələdə “Ferentsvaroş” Macarıstan çempionatının II turunda "Zalaegerseq"lə keçirməli olduğu oyunu təxirə salmışdı.

İndi isə Plzen təmsilçisi yerli futbol liqasına müraciət edərək 4-cü turda avqustun 20-də "Zbroyovka" ilə oynanılmalı olan matçın başqa vaxta keçirilməsini istəyib və xahiş qəbul olunub.

Bir vaxtlar zaman qazanmaq üçün “Qarabağ” bu rəqiblər üçün oyun təxirə salardı. İndi isə həmin rəqiblər də “Qarabağ” görə öz oyunların təxirə salır və ya buna məcburdur.

Təbii ki, bu, komandamızın nə qədər böyüməsini əyani göstərən növbəti faktdır. Güclü olmaq hər zaman sevindiricidir.

Amma bunun bir pis tərəfi var ki, rəqiblər “Qarabağ”a qarşı indi daha diqqətli, daha məsuliyyətli hazırlaşırlar. Ümid edək ki, digər güclü rəqiblər kimi, Çexiya təmsilçisi ilə matçlarda da bu məqam ziyanımıza işləməyəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu