“Qəbələ”ni çalışdırmış məşhur: "Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdur"

10 Avqust 2022 20:20 Qarabağ 1 212
“Qəbələ”ni çalışdırmış məşhur: "Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdur"

"Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Ferentsvaroş"un Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduğu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.

75 yaşlı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu bildirib:

"Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqlə ölkə çempionatının qalibi olur. Ona görə də burada gözlənilməz heç nə yoxdur".

Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. O, Rusiya millisi ilə yanaşı, ölkəsinin "Lokomotiv", "Dinamo" (hər ikisi Moskva), "Anji" və "Rostov"a rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"