"Onda gərək öz maaşımızın bir hissəsini ona verək " - Ozobiç

10 Avqust 2022 13:20 Qarabağ 2 132
"Onda gərək öz maaşımızın bir hissəsini ona verək " - Ozobiç

“O, İbrahimoviçə oxşayır. Yekəpər, sürəti az.

Onunla tanış olan kimi bildim ki, gələcəyin ulduz futbolçusudur.

Artyom o vaxt da zarafatçıl idi. Onunla ünsiyyət qurmaq əla idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Filip Ozobiç “Match TV”yə müsahibəsində deyib.

O, Moskva “Spartak”ında komanda yoldaşı olmuş rusiyalı hücumçu Artyom Dzyubanın “Qarabağ”a mümkün transferi haqda danışıb.

Millimizin yarımmüdafiəçisi forvardın 34 yaşında olmasına baxmayaraq, hələ də yüksək səviyyədə çıxış etdiyini bildirib:

“Gəlsə, mütləq komandada fərq yaradacaq. Yeganə problem odur ki, maaşı yüksəkdir.

Onda gərək öz maaşımızın bir hissəsini ona verək (gülür). Ciddi desək, Artyom hələ də yüksək səviyyədə oynaya bilir.O, yenə də özünü göstərəcək”.

“Zenit”dən ayrılan Artyom Dzyuba ilə “Qarabağ” və “Neftçi”nin maraqlandığı haqda xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”