"Qarabağ"ın belə bir istəyi yoxdur – Müraciət etməyəcək, təxirə salınmayacaq

10 Avqust 2022 10:30 Qarabağ 1 306
"Qarabağ"ın belə bir istəyi yoxdur – Müraciət etməyəcək, təxirə salınmayacaq

"Qarabağ" Premyer Liqada II turun "Sumqayıt"la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

O bildirib ki, Çempionlar Liqasında Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.

"Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq", - deyə Qurbanov əlavə edib.

"Qarabağ" "Sumqayıt"la oyununu avqustun 13-də "Kapital Bank Arena"da keçirəcək. Matç saat 18:20-də başlanacaq. "Viktoriya" ilə qarşılaşmalar isə 16/17 avqustda evdə, 23/24 avqustda səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti