"Bu gün bu suala cavab verə bilməyəcəm" - VİDEO

10 Avqust 2022 02:50 Qarabağ 2 121
"Bu gün bu suala cavab verə bilməyəcəm" - VİDEO

"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyununda səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:

- Öncə futbolçularımı təbrik edirəm. Həqiqətən çox əziyyət çəkdilər. Qalib gəlmək istəyirdilər, Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hesab bizi aldada bilər, sanki rahat qalibiyyət əldə etdik. Çox əziyyət çəkərək qalib gəldik. Yaxşı komandaya qarşı oynadıq. Bəlkə də hesab tam əksi də ola bilərdi, rəqibin də yaxşı qol imkanları oldu. Rəqib komandaya uğurlar arzulayıram. Öz futbolçularımın hər birini qucaqlayıram, bütün azərbaycanlıları təbrik edirəm.

- Komandamız artıq Avropa Liqasının qrupunu təmin edib. Minimum hədəfə çatmısız, yoxsa hədəf Çempionlar Liqasının qrupudur?

- Dəfələrlə demişəm ki, nə qədər irəli getməyə imkanımız varsa, bundan maksimum yararlanmalıyıq. Bu gün arxayın olsaq ki, avroliqanın qrup mərhələsini təmin etmişik, məğlub olmuş olarıq. Futbol elə səviyyəyə çatıb ki, hər il belə qalibiyyətləri əldə etmək olmur. Çünki hər rəqibin, hər ölkənin futbolu fərqli səviyyəyə gəlib çıxıb. Bu gün bizim şansımız varsa, bundan maksimum yararlanmağa çalışmalıyıq.

"Qarabağ"ın "Ferentsvaroş"la oyununda böyük ajiotaj var idi. Pley-off mərhələsi matçının Bakı Olimpiya Stadionunda keçirilmə ehtimalı var?

- Bu gün bu suala cavab verə bilməyəcəyəm. Çünki biz bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda oynamışıq. Bu mövzunu müzakirə etmək olar. Amma birdən-birə belə dəyişikliyə getmək bəlkə də düzgün olmaz. Bakıda bunu müzakirə edərik.

- Bu qarşılaşma mətbuatda məşqçilərin mübarizəsi kimi dəyərləndirilirdi. Sizin Stanislav Çerçesovu taktiki baxımdan qabaqladığınızı demək olar?

- İnanın ki, mənim bu məşqçiyə böyük hörmətim var. Çerçesov çox bacarıqlı, potensiallı məşqçidir. Onun həm futbolçu, həm məşqçi karyerası məndən üstündür. Ona görə də bu gün Çerçesovu taktiki baxımdan üstələlədiyimizi deyə bilmərəm. Mənim futbolçularım bu gün çox istəkli idilər. Məndə "Çerçesovu üstələdim" fikri ümumiyyətlə yoxdur. Sabah bu, mənim də başıma gələn bilər. İstənilən təcrübəsi az olan məşqçi mənə qalib gələ bilər. Ona görə də mən belə düşünmək istəmirəm. Çerçesova böyük hörmətim var. Bu gün oyunda da göründü ki, çox yaxşı komanda formalaşdırıb, yaxşı oyun sistemi var. Mənim belə ifadə işlətməyim düzgün olmaz. Stanislav Çerçesova və onun komandasına uğurlar arzulayıram.

- Kadi Borges ilk matçda yox idi, bu gün isə ən yaxşılardan idi. Kadinin oynamağı sizin üçün nə deməkdir?

- Bütün futbolçuların sağlam olmağı hər məşqçi üçün üstünlükdür. Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı, mənim üçün bu, çox vacib idi. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı