"Qarabağ" üçün 8 avro ödə - Macarıstandakı azarkeşlərə müraciət

9 Avqust 2022 16:30 Qarabağ 471
"Qarabağ" üçün 8 avro ödə - Macarıstandakı azarkeşlərə müraciət

"Qarabağ" "Ferentsvaroş"a qarşı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət edib.

Sportinfo.az "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komandanı dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.

Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Bu gün oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti